AZ

Vətəndaşlardan oğurluq edən şəxsə hökm oxundu

Bakıda vətəndaşlardan oğurluq etməkdə təqsirləndirilən Anar Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edib.

Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. 

Hökmə əsasən, A. Nəhmətov  6 il 11 ay 12 gün müddətinə azadlıqdan məhrum edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 177.2.1 və 177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq)maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Seçilən
15
1
unikal.az

3Mənbələr