AZ

Orxan Məmmədov: Dünyanın hər yerində şəhərlər getdikcə daha mürəkkəb çağırışlarla üzləşir

BAKI, 21 may. TELEQRAF

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi hökumətimizin dayanıqlı şəhər inkişafına, müasir memarlığa, ekoloji davamlılığa və daha inklüziv şəhər mühitlərinin yaradılmasına verdiyi strateji əhəmiyyəti əks etdirir.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov WUF13 çərçivəsində keçirilən “Davamlı, inklüziv və möhkəm şəhərlərin yaradılmasında mühüm töhfə verən KOBİ-lərin gücləndirilməsi” adlı tədbirdə çıxışında deyib.

O bildirib ki, bu, eyni zamanda Azərbaycanın təkcə texnoloji cəhətdən inkişaf etmiş və ekoloji baxımdan dayanıqlı deyil, həm də iqtisadi baxımdan dinamik və sosial cəhətdən inklüziv şəhərlər formalaşdırmaq öhdəliyini nümayiş etdirir:

“Dünyanın hər yerində şəhərlər iqlim dəyişikliyi, sürətli urbanizasiya, resursların idarə olunması, sosial bərabərsizlik və iqtisadi transformasiya ilə bağlı getdikcə daha mürəkkəb çağırışlarla üzləşir.

Bu çağırışların həlli hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətini, akademik dairələri və xüsusilə özəl sektoru əhatə edən hərtərəfli və əməkdaşlığa əsaslanan yanaşma tələb edir.

Biz qəti şəkildə inanırıq ki, kiçik və orta sahibkarlıq subyektləri dayanıqlı şəhər transformasiyasının əsas hərəkətverici qüvvələrindən biridir. KOS-lar təkcə iqtisadi artıma və məşğulluğa deyil, həm də innovasiyaya, yaşıl keçidə, rəqəmsallaşmaya, yerli xidmətlərin inkişafına və şəhər icmalarında sosial inklüzivliyə töhfə verir”.

Seçilən
53
4
teleqraf.com

10Mənbələr