AZ

Silva La Liqa yolunda

İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Bernardu Silva karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Atletiko” portuqaliyalı futbolçunu MLS-ə yollanacağı gözlənilən Antuan Qrizmannın əsas əvəzləyicisi kimi nəzərdən keçirir.

Baş məşqçi Dieqo Simeone heyətdəki boşluğu doldurmaq üçün 31 yaşlı pleymeykerin ideal namizəd olduğunu rəhbərliyə bildirib. Azad agent statusu daşıyacaq yarımmüdafiəçi üçün Madrid klubu ilə yanaşı, İngiltərənin “Çelsi”, İtaliyanın “Yuventus” və “Milan” klubları da mübarizə aparırlar. “Barselona” isə onun transferindən imtina edib.

Qeyd edək ki, Bernardu Silva Mançester təmsilçisinin heyətində çıxış etdiyi 459 matçda 77 qola, 76 məhsuldar ötürməyə imza atıb.

Seçilən
2
msport.az

1Mənbələr