Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını (WUF13) işıqlandırmaq üçün 800-dən çox media nümayəndəsi Bakıda fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina WUF13 çərçivəsində media nümayəndələri üçün təşkil olunmuş gündəlik mətbuat brifinqində bildirib.
O qeyd edib ki, WUF13-ün ilk dörd günü ərzində 175-dən çox ölkədən 38 mindən artıq iştirakçı Sessiyanın fəaliyyətində iştirak edib.
Müxbir - Aytən Abbaslı
Fotoqraf - Elşad Mirzə