AZ

“İrandan düzgün cavab gözləyirik”-TRAMP

ABŞ prezidenti Donald Tramp İranın potensial razılaşma ilə bağlı “tam doğru” cavabını gözləyir. Əks halda Vaşinqtonun gələcək hərəkətlərə hazır olacağını bildirib.

Bu barədə Tramp jurnalistlərə bildirib.

“Tam düzgün cavablar almalıyıq. Bu cavablar  100% yaxşı cavablar olmalıdır”.

Amerika liderinin sözlərinə görə, vəziyyət müsbət inkişaf edərsə, vaxt və həyat itkisinin qarşısını almaq olar. O, həmçinin qeyd edib ki, İranla danışıqlar prosesi “sərhəd” mərhələsindədir.

Tramp əlavə edib ki, ABŞ Tehranın cavabını daha bir neçə gün gözləməyə hazırdır, lakin irəliləyiş olmasa, hadisələr sürətlə inkişaf edə bilər.

Elə həmin gün ABŞ prezidenti Vaşinqtonun İran və Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı qərarlar qəbul etməyə tələsmədiyini bildirib, eyni zamanda regionda naviqasiya azadlığının qorunmasının və boğazın tez bir zamanda yenidən açılmasının vacibliyini vurğulayıb.

AzPost.az

Seçilən
37
1
azpost.info

2Mənbələr