AZ

Tərlan Səfərov: “10 yeni metro stansiyası, qəsəbələrə qatar xətləri və 100 km velosiped yolu Bakının nəqliyyat sistemini dəyişəcək”

Tərlan
Bakıda ictimai nəqliyyat genişləndirilir - 368 yeni avtobus, 114 km xüsusi avtobus zolağı” 1news.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən beşinci günü çərçivəsində təşkil olunan “Bakı Baş Planı - 2040: şəhər inkişafında yeni dövr” adlı panel sessiyada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov deyib.
O bildirib ki, artıq Bakıya 368 ekoloji cəhətdən təmiz avtobus gətirilib və 114 kilometr uzunluğunda xüsusi avtobus zolaqları yaradılıb. Nəticədə gündəlik aktiv avtobus parkı 32 faiz artaraq 2300 vahidə çatıb, illik sərnişindaşıma həcmi isə təxminən 500 milyona yaxınlaşıb. T. Səfərov əlavə edib ki, dəmir yolu şəbəkəsi də genişləndirilir: qəsəbələri şəhər mərkəzi ilə birləşdirəcək yeni marşrutlar hazırlanır və 20 yeni sərnişin qatarının alınması planlaşdırılır. Metropolitendə 10 yeni stansiyanın layihələndirilməsi aparılır, həmçinin “28 May” qovşağında xətlərin ayrılması hesabına əsas sıxlıq probleminin həlli nəzərdə tutulur. O həmçinin qeyd edib ki, Bakıda artıq 65 km velosiped yolu salınıb və bu göstəricinin 100 km-ə çatdırılması planlaşdırılır.
Seçilən
58
1news.az

1Mənbələr