AZ

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən konsepsiyalar dayanıqlı inkişaf modelinin real nümunəsidir

Bakı, 21 may, AZƏRTAC

Ətraf mühitə həssas yanaşma, resurslardan səmərəli istifadə, sosial inklüzivlik və məsuliyyət anlayışı gələcəyin sağlam və güclü cəmiyyətinin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq və yenidənqurma layihələri məhz həmin prinsiplərə əsaslanır.

AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

"Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "Ağıllı şəhər", yaşıl enerji konsepsiyaları dayanıqlı inkişaf modelinin real nümunəsidir. Bu yanaşma Azərbaycanın gələcəyə hesablanmış strateji baxışını nümayiş etdirir. İnanıram ki, bugünkü sessiya yeni əməkdaşlıqların qurulmasına təcrübə mübadiləsinin genişlənməsinə və Azərbaycanda dayanıqlı idarəetmə mədəniyyətinin daha da güclənməsinə mühüm töhfə verəcək", - deyə F.Yıldırım bildirib.

Müxbirlər - Göyçək Mahmudlu, Elgün Niftəli
Fotoqraf - İlqar Cəfərov
Videooperator - Şövqi Əzizov
Seçilən
13
1
azertag.az

2Mənbələr