AZ

Millətlər Birliyinin 6-cı Baş katibi: Yaxın Şərqdəki böhran qlobal mənzil və şəhərsalma böhranını dərinləşdirir

Bakı, 21 may, AZƏRTAC

Yaxın Şərqdə davam edən münaqişələr artıq yalnız regional humanitar faciə deyil, qlobal mənzil və şəhərsalma sistemlərinə ciddi təsir göstərən beynəlxalq böhrana çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland UN-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma təsirləri” adlı tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, Yaxın Şərqdəki münaqişələrin nəticələri artıq yalnız Qəzza, Livan, Suriya və Yəmənlə məhdudlaşmır. Bu böhranın təsirləri Afrikadakı qeyri-rəsmi yaşayış məntəqələrində, Avropanın kirayə mənzil bazarlarında, Asiya-Sakit okean regionunun həssas şəhər icmalarında və kiçik ada dövlətlərinin kövrək yaşayış məkanlarında hiss olunur.

Müxbir - Səbinə Əlizadə

Seçilən
17
azertag.az

1Mənbələr