AZ

“Barselona” Ferran Torreslə bağlı qərarını verdi

BAKI, 21 may. TELEQRAF

"Barselona" rəhbərliyi hücumçu Ferran Torreslə bağlı planlarını yekunlaşdırıb.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, "Blaugrana" hücumçuya yeni müqavilə təklif etməyi planlaşdırır. Futbolçunun özü də klubda qalmaq istəyir.

Katalonlar polşalı Robert Levandovskinin gedişi səbəbindən Torresi komandada saxlamaq qərarına gəliblər.

26 yaşlı ispaniyalı 2022-ci ilin yanvar ayından Kataloniya komandasında oynayır. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.

Qeyd edək ki, Torresin bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
40
teleqraf.com

1Mənbələr