AZ

Anaklaudia Rossbax: Su ehtiyatlarının idarəsində sərhədləri aşan əməkdaşlıq vacibdir

Su ehtiyatlarının idarə olunması üçün çoxsəviyyəli və sərhədləri aşan idarəetmə mexanizmlərinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Su Konfransı: Şəhər Mənzil Sektorunun İnkişaf Yol Xəritəsi" adlı tədbirdə deyib.

"Su mənbələri inzibati sərhədlərlə məhdudlaşmadığı üçün yerli, regional və milli idarəetmə səviyyələrinin koordinasiyalı fəaliyyəti vacibdir. Su sərhəd tanımır. Buna görə də güclü idarəetmə sistemləri qurulmalı, suyun hamı üçün əlçatan və ədalətli bölüşdürülməsi təmin edilməlidir".

Seçilən
25
1
far.az

2Mənbələr