AZ

Aralıq dənizində miqrantlar: Xilasetmə əməliyyatları çətinləşir

Aralıq dənizində miqrantların xilas edilməsi ilə məşğul olan qeyri-hökumət təşkilatları son illərdə fəaliyyətlərində ciddi çətinliklərlə üzləşir. Giorgia Meloni 2022-ci ildə hakimiyyətə gəldikdən sonra bu sahədə qaydaların sərtləşdirildiyi bildirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Hamburqda yerləşən ResQship tərəfindən idarə olunan “Nadir” adlı xilasetmə gəmisi son missiyasını başa vuraraq Lampedusa limanına çatıb. Gəmidə müxtəlif ölkələrdən olan 90-dan çox miqrant – qadınlar, uşaqlar və kişilər təhlükəsiz şəkildə sahilə endirilib.

Miqrantların əksəriyyəti Liviya sahillərindən yola düşərək günlərlə dənizdə qalıb. Onlardan bəziləri isə tərk edilmiş neft platformasında köməksiz vəziyyətdə gözləyərkən xilas edilib.

Sahildə International Organization for Migration, UNHCR və Frontex əməkdaşları miqrantları qarşılayaraq ilkin tibbi və humanitar yardım göstəriblər.

Lampedusa adası uzun illərdir Afrikadan Avropaya miqrasiya marşrutunun əsas nöqtələrindən biri hesab olunur. Mütəxəssislər bildirir ki, bölgədə həm miqrasiya axını, həm də xilasetmə əməliyyatlarına qoyulan məhdudiyyətlər humanitar vəziyyəti daha da çətinləşdirir.

Piranə Xasiyeva

Seçilən
54
qht.az

1Mənbələr