PSJ “Arsenal”ın hücumçusu Qabriel Martinellini transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Fransa nəhəngi braziliyalı futbolçu üçün 50 milyon funt-sterlinq ödəməyə hazırdır. Martinellinin London klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
“Arsenal” isə mümkün transferdə PSJ-nin hücumçusu Xulian Alvarezi də variant kimi nəzərdən keçirir. İngiltərə klubu futbolçuların dəyişdirilməsi ehtimalını qiymətləndirir.