AZ

Puşpa Pathak: Mənzil siyasətində ayrı-seçkilik amilləri daha dərindən araşdırılmalıdır

Mənzil siyasətinin effektivliyi yalnız evlərin necə tikilməsi ilə deyil, həm də onların kim tərəfindən maliyyələşdirilməsi və hansı sosial qruplara xidmət etməsi ilə qiymətləndirilməlidir.
Bunu Siyasət Araşdırmaları Mərkəzinin nümayəndəsi Puşpa Pathak WUF13 çərçivəsində keçirilən müzakirədə bildirib.

Onun sözlərinə görə, bir çox ölkələrdə mənzil sahəsində ayrı-seçkilik halları hüquqi, sosial və iqtisadi baxımdan daha dərindən araşdırılmalıdır.

Pathak qeyd edib ki, bu ayrı-seçkilik irq, din, region, Hindistan nümunəsində kasta, gender və digər kimlik göstəriciləri ilə bağlı ola bilər.

O bildirib ki, bu suallara cavab tapmaq üçün ev təsərrüfatları üzrə sorğular, icma müsahibələri və geniş analitik tədqiqatlar aparılmalıdır.

Gülnar Nazimqızı

Seçilən
5
1
anews.az

2Mənbələr