AZ

ADB rəsmisi: Maliyyə dayanıqlılığı su sektorunda əsas problemlərdən biridir

Bakı, 21 may, AZƏRTAC

Asiya İnkişaf Bankının (ADB) Asiya və Sakit Okean regionunda fəaliyyət göstərdiyi bir çox ölkədə əsas problemlərdən biri maliyyə dayanıqlığıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri ADB-nin Su təchizatı və şəhər inkişafı şöbəsinin rəhbəri Norio Saito Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, subsidiyalar çox vaxt real xərcləri qarşılaya bilmir və nəticədə insanlar davamlı şəkildə subsidiyalardan asılı vəziyyətə düşürlər.

“Daha çox su istifadə edənlər adətən maddi imkanları daha geniş olan təbəqələrdir. Buna görə də su istifadəsi, subsidiyaların bölüşdürülməsi məsələlərinə daha diqqətli və ədalətli yanaşmaq vacibdir”,- deyə o diqqətə çatdırıb.

Müxbir: Vüsalə Səfərova
Operator: Ələkbər Baxşiyev
Foto: Səfiyar Məcnun

 

Seçilən
10
azertag.az

1Mənbələr