AZ

AAF məktəb və klubların avadanlıqla təminatını davam etdirir 

Azərbaycan Ağırlıqqaldırma Federasiyası tərəfindən AAF-a müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur. “İki sahil” xəbər verir ki, artıq bölgələrdə yerləşən klub və məktəblərin  avadanlıqla təminatı yekunlaşıb və həmin mərkəzlərdə təhvil verilən avadanlıqlarla məşqlər davam etdirilir. Gənclər və İdman Nazirliyi Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbi, həmçinin şəhid “Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubu” ictimai birliyindəki hazırlıq prosesindən fotoları təqdim edirik. AAF davamlı olaraq digər bölgələrimizdəki hazırlıq prosesini də diqqətdə saxlayır. 
Qeyd edək ki, yaxın günlərdə Bakı və Sumqayıtda yerləşən məktəblərin də avadanlıqla təminatı reallaşdırılacaq.

Seçilən
21
5
ikisahil.az

6Mənbələr