AZ

Prorektor: Məcburi köçkünlərin bacarıqları ilə iş imkanları arasında uyğunluq təmin edilməlidir

Hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparılır, yeni şəhərlər və kəndlər salınır.

APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və Tədqiqat" adlı dəyirmi masa zamanı ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.

"Bu prosesdə bizim üçün ən vacib məsələlərdən biri insanların öz doğma torpaqlarına necə qaytarılması və onların iqtisadi fəaliyyəti, ailə strukturu, peşə bacarıqları, təhsil səviyyəsi ilə bağlı etibarlı məlumatların haradan əldə edilməsidir", - Fariz İsmayılzadə qeyd edib.

Onun sözlərinə görə, artıq təxminən 80 min keçmiş məcburi köçkün doğma torpaqlarına qaytarılıb.

“Onlar artıq orada yaşayır, təhsil alır və çalışırlar. Əvvəlki kənd və şəhərlər dağıdıldığı üçün yeni icmalar faktiki olaraq sıfırdan qurulur. Belə yeni icmalar yaradılarkən əsas çağırış ondan ibarətdir ki, bu yaşayış məntəqələri necə planlaşdırılmalıdır və məcburi köçkünlərin iqtisadi bacarıqları ilə mövcud iş imkanları arasında uyğunluq necə təmin edilməlidir. Çünki bu insanların bir hissəsi əvvəllər şəhər yerlərində, digərləri isə kənd ərazilərində yaşayıb", - Fariz İsmayılzadə vurğulayıb.

Seçilən
46
apa.az

1Mənbələr