ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxt sakini Mərcanə Rəsulova beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunmasını müsbət qiymətləndirib.
Peşəsi stomatoloq olan paytaxt sakini Mərcanə Rəsulova Avtosfer.az-a müsahibəsində bildirib ki, tədbirin bu səviyyədə təşkili onun üçün xüsusilə xoş təəssürat yaradıb.

Onun sözlərinə görə, forumun yüksək keyfiyyətlə keçirilməsi və beynəlxalq standartlara uyğunluğu diqqət çəkir.
O qeyd edib ki, belə tədbirlərin ölkədə təşkil olunması həm şəhərin beynəlxalq imicinə, həm də ümumi inkişaf prosesinə müsbət təsir göstərir. Bu cür platformaların Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi imkanlarını nümayiş etdirdiyini vurğulayıb.
Paytaxt sakini həmçinin ölkəyə gələn xarici qonaqların təəssüratlarının da çox müsbət olduğunu bildirib. Onun sözlərinə görə, turistlərin və iştirakçıların əksəriyyəti Azərbaycanda gördükləri qonaqpərvərlikdən və şəhərin ümumi mühitindən məmnun qalırlar.
O əlavə edib ki, xarici qonaqlar bəzən ölkə haqqında fərqli təsəvvürlərlə gəlsələr də, Baku-da gördükləri reallıq onların gözləntilərini üstələyir və bu da ölkə haqqında müsbət rəy formalaşdırır.
Eltac Zülfüqaroğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.