AZ

"Bakı qlobal urban müzakirələrin əsas platformasına çevrilib" - DEPUTAT DANIŞDI

"WUF13 çərçivəsində dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn ictimai-siyasi xadimlərin, beynəlxalq ekspertlərin və nüfuzlu şəxslərin sayı Azərbaycanın qlobal diqqətin mərkəzində olan ölkələrdən olduğunun göstəricisidir".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.

Onun sözlərinə görə, ölkəmiz özünün inkişaf modeli, sabitliyi, təhlükəsizliyi və müasir dövlət idarəçiliyi ilə dünyan dövlətlərinin marağındadır: "Bakıda keçirilən mötəbər beynəlxalq platformalar dünyanın Azərbaycana baxışını daha aydın ortaya qoyur. Xarici qonaqlar ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesini, müasir urbanizasiya siyasətini və xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərp, quruculuq işlərini yaxından görür, Azərbaycanın sürətlə inkişaf etdiyini etiraf edirlər.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dövlətimizin gücünün, siyasi iradəsinin və gələcəyə hesablanmış strateji baxışının real təzahürüdür. 30 il ərzində dağıdılmış ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və müasir infrastruktur layihələrinin həyata keçirilməsi dünya miqyasında maraq doğurur.

Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun inkişaf mərkəzinə çevrilib. WUF13 kimi beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi bir daha sübut edir ki, ölkəmiz artıq qlobal məsələlərin müzakirə olunduğu etibarlı platformadır.

Azərbaycana gələn ictimai-siyasi xadimlər ölkəmizin inkişafını görməklə yanaşı, eyni zamanda xalqla dövlət arasındakı həmrəyliyi, milli birliyi və güclü dövlət modelini görürlər.

Ən vacib məqamlardan biri də odur ki, Azərbaycan öz milli kimliyini, tarixi dəyərlərini və dövlətçilik ənənələrini qoruyaraq inkişaf edir və bütün bunlar ölkəmizi nümunəyə çevirən əsas amillərdəndir".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
15
1
sia.az

2Mənbələr