AZ

Xarici ekspert: Azərbaycanın “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə təcrübəsi dünya ölkələri üçün nümunə ola bilər

Bakı, 21 may, AZƏRTAC

Azərbaycanın “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi təcrübəsi dünyanın bir çox ölkələri üçün nümunə ola bilər.

Bu barədə Afrika İnkişaf Bankının Şəhər və İcma İnkişaf Fondunun şəhər diplomatiyası və şəhər inkişafı üzrə mütəxəssisi Ole Pilqaard Stubdrup AZƏRTAC-a müsahibəsində bildirib.

O, qeyd edib ki, yeni təşəbbüslərin, innovativ texnologiyaların və şəhər inkişafına müasir yanaşmaların effektivliyini nümayiş etdirən ölkələr və şəhərlər beynəlxalq səviyyədə mühüm rol oynayır.

Ekspertin sözlərinə görə, Azərbaycan şəhərlərin necə dəyişdirilə, onları daha ekoloji cəhətdən təmiz, rahat və yaşana bilən hala gətirilə biləcəyini aydın şəkildə nümayiş etdirir.

“Azərbaycanda olduğunuz zaman müasir şəhər mühitinin nə qədər gözəl, funksional və yaxşı təşkil olunduğunu görə bilərsiniz", - deyə agentliyin həmsöhbəti vurğulayıb. O, əlavə edib ki, bu təcrübə dünyanın bir çox şəhərləri üçün ilhamverici və ruhlandırıcı nümunədir.

Müxbir - Tamilla Məmmədova

Seçilən
40
1
azertag.az

2Mənbələr