AZ

Anaklaudia Rossbax: WUF13-də ilk dəfə dövlət başçıları mənzil siyasətini birgə müzakirə ediblər

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax qlobal mənzil böhranının həlli üçün yeni çoxtərəfliliyə çağırış edib.

APA xəbər verir ki, o, WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru” tədbirində deyib ki, WUF13 çərçivəsində keçirilən müzakirələrdə qlobal mənzil böhranı, məlumatlara çıxışda bərabərsizlik və yeni çoxtərəflilik modeli əsas mövzular kimi ön plana çıxıb.

“Mənzil və şəhər inkişafı sahəsində mövcud problemlərin həlli üçün yalnız elmi tədqiqatlara əsaslanmaq kifayət etmir. Praktikada çalışan mütəxəssislərin prosesə daha çox cəlb olunması və “birgə istehsal” yanaşmasının tətbiqi vacibdir. Qlobal “Şimal” və “Cənub” arasında məlumatlara çıxış və institusional imkanlar baxımından ciddi fərqlər mövcuddur. Bəzi məlumatların ümumiyyətlə əlçatan olmaması və ya “qapalı” qalması qərarların qəbuluna mənfi təsir göstərir. Ona görə də çalışan praktiklərin çoxu gördükləri işləri sənədləşdirmək və məlumat bazası yaratmaq imkanına malik deyil. Bu səbəbdən dövlətlər, cəmiyyətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi tələb olunur.

Siyasi və texniki sahələr arasında boşluq da var. Şəhər planlaşdırması və mənzil siyasəti təkcə texniki deyil, eyni zamanda siyasi xarakter daşıyır, xüsusilə torpaq istifadəsi kimi məsələlərdə ciddi siyasi qərarlar rol oynayır. WUF13 çərçivəsində ilk dəfə dövlət başçıları və ekspertlərin eyni platformada bir araya gələrək şəhərsalma və mənzil siyasətini texniki səviyyədə müzakirə etməsi mühüm irəliləyiş oldu”.

Seçilən
20
4
apa.az

6Mənbələr