AZ

Makron İlham Əliyevə zəng etdi

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. 

“Sitat.info” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında məlumat paylaşılıb.

“Bu gün Prezident Emmanuel Makrondan telefon zəngi aldım. Telefon danışığı zamanı biz Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardıq. Biz həmçinin regional və qlobal hadisələri müzakirə etdik”, - Prezidentin paylaşımında bildirilib.

 

Seçilən
31
27
sitat.info

10Mənbələr