AZ

“Azərbaycan Qarabağda gələcəyin şəhərlərini qurur”

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

“Prezident İlham Əliyev tərəfindən World Urban Forum 13 çərçivəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda sadəcə fiziki yenidənqurma həyata keçirmir, burada məqsəd postmünaqişə dövrü üçün tamamilə yeni urbanizasiya və inkişaf modeli formalaşdırmaqdır”.

Bu fikirləri Milli Məclisin deputatı Rizvan Nəbiyev xalqcebhesi.az-a açıqlamasında deyib.

Millət vəkili bildirib ki, Qarabağ modeli klassik “bərpa” anlayışından fərqli olaraq təhlükəsizlik, dayanıqlılıq, rəqəmsallaşma, yaşıl enerji və sosial reinteqrasiyanı vahid konsepsiyada birləşdirir:

“Ənənəvi postmünaqişə zonalarında əsas prioritet dağıdılmış infrastrukturun minimum səviyyədə bərpası olurdu. Azərbaycan isə Qarabağ və Şərqi Zəngəzurda əvvəlki vəziyyəti təkrarlamır, həmin əraziləri XXI əsrin şəhərsalma standartlarına uyğun şəkildə yenidən qurur. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, “Sıfır emissiya” yanaşması burada strateji dövlət idarəçiliyi modelinin tərkib hissəsidir”.

Rizvan Nəbiyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması postmünaqişə məkanlarında ilk dəfə bu qədər geniş miqyasda tətbiq edilən yanaşmalardan biridir:

“Burada günəş, külək və su enerji potensialı əsasında enerji təhlükəsizliyi təmin olunur, yaşayış məntəqələri rəqəmsal idarəetmə sistemləri ilə inteqrasiya edilir, nəqliyyat və kommunal xidmətlər minimum karbon emissiyası prinsipi əsasında planlaşdırılır. Bu isə urbanizasiya ilə iqlim siyasətinin birləşdirilməsi baxımından mühüm nümunədir”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri təhlükəsizlik və inkişaf anlayışlarının paralel şəkildə həyata keçirilməsidir:

“Qarabağ modeli göstərir ki, postmünaqişə reabilitasiyası yalnız binaların tikilməsi ilə məhdudlaşmamalıdır. Həmin ərazilər iqtisadi, texnoloji və sosial baxımdan rəqabətqabiliyyətli yaşayış məkanlarına çevrilməlidir. Bu yanaşma BMT-nin dayanıqlı inkişaf prinsipləri ilə tam uzlaşır.Qarabağ modelini digər postmünaqişə bölgələrindən fərqləndirən əsas cəhətlər tam rəqəmsal urbanizasiya modelinin tətbiqi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının sıfırdan qurulması, ekoloji bərpa ilə sosial reinteqrasiyanın paralel aparılması, eləcə də “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin təhlükəsiz və dayanıqlı şəkildə yerləşdirilməsidir.

Rizvan Nəbiyev əlavə edib ki, Balkanlar, Yaxın Şərq və bəzi Afrika ölkələrindəki postmünaqişə bərpa modelləri əsasən donor asılılığı üzərində qurulub. Azərbaycan modeli isə milli maliyyələşmə, mərkəzləşdirilmiş dövlət strategiyası və yüksək texnoloji həllərlə fərqlənir:

“Burada məqsəd sadəcə dağıntının nəticələrini aradan qaldırmaq deyil, regionu gələcəyin iqtisadi və logistika mərkəzinə çevirməkdir. Şəhərsalma prosesi eyni zamanda milli təhlükəsizlik, regional inteqrasiya və suverenliyin möhkəmləndirilməsi siyasətinin mühüm hissəsinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr gələcəkdə BMT və digər beynəlxalq institutlar üçün postmünaqişə şəhərsalmasının yeni “Azərbaycan modeli” kimi təqdim oluna bilər. Bütün bu innovativ yanaşmaların əsasında Prezident İlham Əliyevin strateji baxışı və idarəçilik modeli dayanır”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
icma.az

1Mənbələr