ain.az, Ayna saytına istinadən bildirir.
"Mənim təklifim davam edən sülh danışıqlarını asanlaşdırmağa kömək edəcək”
Almaniya Kansleri Fridrix Merz Avropa İttifaqı (Aİ) üzvlüyünə doğru müvəqqəti addım olaraq Ukraynaya xüsusi status verilməsini təklif edib. AYNA.AZ xəbər verir ki, “Reuters” bu barədə Merzin Aİ liderlərinə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Almaniyanın Baş naziri hesab edir ki, assosiativ üzv statusu Ukrayna rəsmilərinə Aİ sammitlərində və nazirlərin görüşlərində iştirak etməyə imkan verəcək, lakin səsvermə hüququ verməyəcək.
Bundan əlavə, Almaniya kansleri Aİ ölkələrinin "əhəmiyyətli təhlükəsizlik zəmanətləri" yaratmaq üçün blokun qarşılıqlı yardım müddəalarını Ukraynaya tətbiq etmək üçün "siyasi öhdəlik" götürməsini təklif edib.
"Mənim təklifim davam edən sülh danışıqlarını asanlaşdırmağa kömək edəcək. Bu, təkcə Ukraynanın təhlükəsizliyi üçün deyil, həm də bütün qitənin təhlükəsizliyi üçün vacibdir", Merz qeyd edib.
“Reuters” yazıb ki, Aİ üzvlüyünə maneəsiz yol Ukrayna Prezidenti Volodimir Zelenski üçün Ukrayna vətəndaşlarını dinc nizamlanmaya ehtiyac olduğuna inandırmaqda çox vacib ola bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.