ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, hələlik ölkədə Rusiya ballistik raketlərinə qarşı effektiv yerli vasitələr mövcud deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə o, Ukrayna alimləri ilə görüşündə danışıb.
“Biz öz hava hücumundan müdafiə sistemimizi çox istəyirik. Bir çox istiqamətlər üzərində işləyirik — dronları, reaktiv dronları, adi dronları, uzun mənzilli silahları məhv edə biləcək çox uğurlu layihələr var. Amma anti-ballistika hələ yoxdur. Axtarırıq. Hazırıq, bilmirəm, bəlkə hər yerdə həmin şəxsin şərəfinə abidə qoyaq ki, bizə müasir anti-ballistikanı göstərsin. Amma ilk güclü addımlarımız artıq atılıb və hər gün bunun üzərində işləyirik,” – deyə Zelenski vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Rusiya ballistik raketlərinə qarşı yerli vasitələrin yaradılmasına böyük tələbat var.
Eyni zamanda, o qeyd edib ki, texnologiyaların inkişafına ən çox vəsaiti dövlət yatırır, biznes yox. Bu, illik təxminən 40–60 milyard dollar həcmində bir məbləğdir.
Verilən məlumata görə, “Fire Point” şirkəti Avropa şirkətləri ilə növbəti il üçün yeni hava hücumundan müdafiə sistemi hazırlamaq məqsədilə danışıqlar aparır. Hədəf ballistik təhlükəyə qarşı effektiv sistem yaratmaqdır. Bu, ABŞ-ın “Patriot” sisteminə ucuz alternativ olacaq.
Milli Aviasiya Universitetinin baş elmi işçisi Valeriy Romanenko qeyd edib ki, raket proqramı planlarının tam həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti tələb olunur.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.