Bakıda vətəndaşlardan külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Anar Nəhmətovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilərək A.Nəhmətov 6 il 11 ay 12 gün müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 177.2.1 və 177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq)maddələri ilə ittiham irəli sürülüb.