AZ

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir



"Ermənistan daxilində siyasi atmosfer həqiqətən gərgindir, amma, vəziyyəti idarəolunmaz böhran kimi qiymətləndirmək, doğru olmazdı. Seçki günü yaxınlaşdıqca tərəflər arasında ritorika sərtləşir və xüsusilə də müxalifət düşərgəsində revanşist və emosional çıxışlar artmaqdadır. Amma, bütün bunlara rəğmən Paşinyan və onun komandasının reytinqi daha yüksəkdir".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, müxalifət partiyaları isə hələ də bu reytinq qarşısında kifayət qədər alternativ yarada bilməyiblər:

"Mart hadisələrinin təkrarlanması ehtimalı zəif olsa da, istisna olunmur. Hazırda ölkədə seçki kampaniyalarının təsirindən qütbləşmə prosesi davam edir. Qarabağ mövzusu emosional olaraq seçki kampaniyasında, xüsusilə də radikal müxalifət partiyaları tərəfindən qabardılır və piyar olaraq mövcud hökumətə qarşı istifadə edilməkdədir. Sosial narazılıq və iqtisadi problemlər əlbəttə ki, seçicilərin həssas nöqtələridir. Bunlar seçki kampaniyası ərəfəsində normal hal hesab edilir. Amma, revanşist qüvvələrin daha irəli gedərək Paşinyan və onun tərəfdarlarına qarşı əsaslı və əsassız iddialar irəli sürməsi, nifrəti tərəflər arasında daha da dərinləşdirib. Amma hazırkı vəziyyətdə müxalifətin parçalanması və vahid liderin olmaması, əvvəlki illərlə müqayisədə çox zəif təşkil edilib və keçirdikləri mitinqlərə kifayət qədər seçici elektoratının gəlməməsi deməyə əsas verir ki, xalqın bu zümrəyə inamı aşağı göstəricilər arasındadır. Bütün bunlar əsas verir deyək ki, yetərincə elektorata sahib olmayan müxalifət ölkədə qarışıqlıq və təxribat xarakterli aktların həyata keçirilməsinə gedə bilər. Bunun üçün arxalarında duran xarici qüvvələrin dəstəyi və təhriki kifayət edir ki, ölkədə vəziyyət dəyişsin və 2008-ci ilin mart hadisələrinin təkrarlanması ehtimalı olsun".

Ekspert bildirib ki, bu qiymətləndirmə yüksək və yaxud da aşağı ehtimallar arasında olmasa da, orta ehtimal edilən variantlardan sayılır:

"Bu baxımdan Paşinyan hələ də seçkinin fovariti sayılır. Əlbəttə ki, bunun səbəbi Paşinyanın güclü olması ilə bağlı deyil. Müxalifətin zəif və parçalanmış olması Paşinyan və komandasının bu seçkilərdə qalib gələcəyini vəd edir. Həmçinin Paşinyan Qərbə yaxınlaşan və Rusiyadan uzaqlaşan lider olaraq daha çox elektorata sahibdir və bu siyasətin nəticəsidir ki, Paşinyan növbəti dəfə ölkənin baş naziri postuna gətirilsin və hakimiyyəti növbəti dəfə idarə etsin".

Süleyman
Seçilən
11
1
newscenter.az

2Mənbələr