AZ

"Barselona"nın yay transfer pəncərəsi üçün əsas hədəfləri bəlli oldu

Tanınmış insayder və jurnalist Ekrem Konur "Barselona"nın yay transfer pəncərəsi üçün əsas hədəflərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, o, Kataloniya klubunun rəhbərliyi cari mövsüm icarə əsasında formasını geyinən iki futbolçunu - "Mançester Yunayted"ə məxsus cinah hücumçusu Markus Raşfordu və transfer hüquqları "Əl-Hilal"da olan müdafiəçi Joau Kanselunu heyətdə saxlamağı vacib sayır.

Mənbə "blauqrana"nın Raşfordla Kanselunun növbəti mövsümə komandada başlamaları üçün bütün gücünü səfərbər edəcəyini vurğulayıb. 

Xatırladaq ki, "Barselona" bu mövsüm "Real Madrid"i 11 xal qabaqlayaraq İspaniya çempionu olub.

Nihat

Seçilən
52
1
fanat.az

1Mənbələr