AZ

Bizdə 100 minlərlə insanın güzəştli ipotekaya ehtiyacı var Natiq Cəfərli

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Ona görə də bu mexanizm genişləndirilməli, əlçatanlığı artırılmalı və insanlara bu mexanimzdən daha çox istifadə etmək üçün imkan və fürsətlər yaradılmalıdır"

WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında maliyyə nazirinin birinci müavini Anar Kərimov bildirib ki, Azərbaycanda 58 min ailə ipoteka mexanizmi ilə mənzil sahibi olub. Onun sözlərinə görə, mənzil siyasəti yalnız binalarla deyil, insanların gələcəyi, sosial inklüzivlik və imkan bərabərliyi ilə bağlıdır.

Dünyada yaxın 20 ildə təxminən 3 milyard insanın mənzilə ehtiyacı yarana bilər və bu səbəbdən mənzil maliyyəsinin əlçatan, inklüziv və maliyyə baxımından dayanıqlı olması vacibdir. A.Kərimov qeyd edib ki, Azərbaycan son 20 ildə sosial inklüzivlik və maliyyə dayanıqlığını birləşdirən mənzil maliyyələşməsi sistemi formalaşdırıb. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ölkənin daxili mənzil maliyyələşməsi sisteminin əsas institusional dayaqlarından birinə çevrilib. Fond vasitəsilə indiyədək 58 mindən çox ipoteka krediti və 9 min kirayə mexanizmi ilə mənzil satışı maliyyələşdirilib. 

Açıqlanan statistikanı şərh edən iqtisadçı Natiq Cəfərli “Sherg.az”a bildirdi ki, əgər həqiqətən də 58 min insan mənzil problemini İpoteka Fondu hesabına həll edibsə, deməli, işlək mexanizmdir: 

- Amma problem bundadır ki, bizdə sosial ipotekaya, güzəştli ipotekaya ehtiyacı olanların sayı həddindən artıq çoxdur. Bəkə 100 minlərlə insanın buna ehtiyacı var. Ona görə də bu mexanizm genişləndirilməli, əlçatanlığı artırılmalı və insanlara bu mexanimzdən daha çox istifadə etmək üçün imkan və fürsətlər yaradılmalıdır. Sosial ipoteka 4 faizdir, ailə ipotekası 8 faizdir, kommersiya ipotekası isə bankdan banka dəyişir, fərqlidir. 4 faizli ipoteka yaxşıdır, amma təəssüf ki bunun üçün ayrılan vəsait çox azdır. Buna çıxış yolu axtaran, bunu istəyən və buna haqqı çatan insanların sayı isə çoxdur. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
sherg.az

1Mənbələr