AZ

WUF13: AZƏRTAC əməkdaşları nüfuzlu beynəlxalq tədbiri geniş işıqlandırır - FOTOLAR

Bakı, 21 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) beşinci günü müxtəlif tədbirlərlə, müzakirələrlə davam edir.

Mayın 17-22-də keçirilən nüfuzlu tədbiri yüzlərlə yerli və xarici jurnalist işıqlandırır. Onların arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın onlarla əməkdaşı - müxbirləri, fotomüxbirləri, videooperatorları da var. AZƏRTAC-ın əməkdaşları beş gündür ki, səhər saatlarından tədbirlərin keçirildiyi Bakı Olimpiya Stadionunda yaradılmış müxtəlif zal, otaq və pavilyonlardan mütəmadi xəbərlər hazırlayır, müsahibələr alır, foto və video çəkilişlər aparır, informasiyaları operativ şəkildə oxuculara çatdırırlar.

Qeyd edək ki, AZƏRTAC səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır.

AZƏRTAC-ın əməkdaşlarının tədbir məkanında fəaliyyətindən bəhs edən fotoları təqdim edirik.

Seçilən
32
1
azertag.az

2Mənbələr