AZ

“Mançester Yunayted”də məşqçi qalır, qapıçı gedir

“Mançester Yunayted”də ciddi dəyişikliklərə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, klub yaxın 48 saat ərzində Maykl Karikin baş məşqçi təyinatını rəsmən açıqlayacaq. 44 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.

Eyni zamanda, “qırmızı şeytanlar” Andre Onana ilə yolları ayırmağa hazırlaşır. Klub rəhbərliyi kamerunlu qapıçını yay transfer pəncərəsində satışa çıxarmağı planlaşdırır.

Seçilən
15
idmanxeber.az

1Mənbələr