AZ

Xalçaya həsr olunan ömür: toxucu sənətkarın hekayəsi

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xalçaçının həyatından bir gün

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan xalçaçılığı əsrlər boyu milli mədəni irsin ən mühüm hissələrindən biri hesab olunur. Bu sənəti böyük həssaslıqla yaşadanlardan biri də Azərbaycan Milli Xalça Muzeyinin ənənəvi texnologiyalar şöbəsinin toxucusu Rəna Süleymanovadır. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində peşə yolu, sənətə sevgisi və uzunillik təcrübəsi barədə danışıb.

Həmsöhbətimizin sözlərinə görə, bu peşəyə maraq onda hələ uşaqlıq illərində yaranıb. İlk naxışlarını anasının yanında toxumağa başlayıb, daha sonra isə məktəb illərində Xalçaçılıq Birliyində şagird kimi fəaliyyət göstərib. Rəna Süleymanova bildirib ki, 30 ildən artıqdır bu sahədə çalışır və bu gün də Azərbaycan Milli Xalça Muzeyində fəaliyyətini sevə-sevə davam etdirir.

O vurğulayıb ki, sənətinə olan səmimi sevgisi sayəsində heç vaxt çətinlikləri ciddi maneə kimi qəbul etməyib.

“Mən xalça toxuma ənənəsi olan bir ailədə böyümüşəm. Bu sənəti o qədər sevirəm ki, onun çətinliklərini belə hiss etmirəm”, - deyə o bildirib.

R.Süleymanovanın fikrincə, Azərbaycan xalçalarının ölkə hüdudlarından kənarda tanınması və dünyanın müxtəlif guşələrində nümayiş olunması xüsusi qürur hissi yaradır. O hesab edir ki, xalçaçılıq sadəcə peşə deyil, milli ənənələri və mədəni irsi yaşadan bir sənətdir.

Sonda həmsöhbətimiz qeyd edib ki, yenidən peşə seçimi etmək imkanı olsaydı, tərəddüd etmədən yenə xalçaçılığı seçərdi.

“Bu sənət həyatımın ayrılmaz hissəsidir”, - deyə R.Süleymanova əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
azertag.az

1Mənbələr