AZ

Ərdoğan Azərbaycan Ordusunun təlimini izlədi - FOTO

BAKI, 21 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçirilən çoxmillətli hərbi təlimləri izləyib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə Prezidenti Recep Tayyip Ərdoğanın iştirakı ilə İzmirdə yerləşən Doğanbəy poliqonunda “Efes-2026” təliminin Seçilmiş Müşahidəçi Günü tədbirləri keçirilib”, - məlumatda bildirilib.

Təlimləri izləyənlər arasında Türkiyənin hərbi komandanlığı ilə yanaşı, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da olub.

Seçilən
12
2
teleqraf.com

3Mənbələr