ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Kral III Çarlzın ölüm xəbəri Böyük Britaniyada çaxnamaya səbəb oldu.
Ölkə.az xəbər verir ki, Britaniya yayım tarixi əsrin ən qeyri-adi yayım qəzalarından birinə şahid olub. Belə ki, Britaniyanın uzun müddətdir pirat yayımları ilə tanın “Radio Caroline” Kral III Çarlzın kompüter xətası səbəbindən ölümünü canlı yayımda elan edib. Rəsmi ölüm protokolu təsadüfən aktivləşdirildikdən sonra qəfildən susmağa başlayan radio, ölkədə ciddi çaxnaşmaya səbəb olub.
Ölkədə qısa müddətli çaxnaşmaya səbəb olan anonsdan sonra radio meneceri Peter Moore hadisənin kompüter səhvi səbəbindən baş verdiyini bildirib.
Yayım kəsildikdə nə baş verdiyini anladıqdan sonra radio rəhbərləri canlı yayımda bəyanat yayaraq Kral III Çarlzdan və dinləyicilərdən üzr istəyiblər.
Ölüm xəbərinin radioda elan edilməsi və ardınca yaranan sükut bütün dünyada geniş əks-səda doğursa da, Kral Çarlz və Kraliça Kamillanın vəziyyətdən xəbərsiz olduqları və Şimali İrlandiyada rəsmi səfərdə olduqları məlum olub.

Mürtəza
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.