AZ

Nəzakət Məmmədova:"Bundan sonra qarşımızda duran əsas vəzifələrdən biri..."



"Məlumat üçün demək istəyirəm ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əli­yevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə baş­lamış Respublika Xatirə Kitabı müharibə ağrılarını özündə geniş əks etdirən en­siklopedik tarixi salnamə və həyatımız üçün mühüm hadisədir". Baki-xeber.com-un məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yasının Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində 44 günlük Vətən mü­haribəsində həlak olanların ad­la­rının və xatirələ­ri­nin əbədiləş­dirilməsi məqsədilə çap etdirdiyi "44 gün – Tarixi Zəfər" adlı ki­ta­bın II, III və IV cildlərinin təqdimat mərasimində Respublika Xatirə Kitabı Re­dak­si­yasının baş redaktoru Nəzakət Məmmədova bildirib. Gəncə, Naftalan, Daşkəsən, Göygöl və Samuxdan olan Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirildiyi nəşrlərin təqdimatında N. Məmmədova rəhbəri olduğu redaksiyanın yeni layihəsindən də danışıb. "Bundan sonra qarşımızda duran əsas vəzifələrdən biri Respublika Xatirə Kitabı Re­dak­si­yasının gələcəkdə görüləcək işlərə daha məsuliyyətlə yanaşmasıdır. Redaksiya Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin adlarının əbədiləşdirilməsi istiqamətində yeni layihə hazırlayıb, bu işi gələcək nə­sillərə ötürmək, kitabın gələcək uğurunu, gələcək taleyini müəy­yənləşdirmək istiqamətində atılacaq addımlara prioritet yanaşır"-deyə N.Məmmədova vurğulayıb. İradə SARIYEVA Gəncə
Seçilən
15
baki-xeber.com

1Mənbələr