Avtosfer saytına istinadən ain.az xəbər verir.
Ümumdünya Şəhərsalma Forumunda iştirak edən çinli turist Che Xinxin Bakı ilə bağlı təəssüratlarını bölüşüb.
Avtosfer.az-a müsahibəsində o bildirib ki, Bakı onun üçün həm maraqlı, həm də rahat yaşanılan şəhərdir. Bir neçə ildir burada yaşayan turist hazırda rus dilini öyrəndiyini və Bakıda yaşamağın onun üçün həm təhsil, həm də mədəni baxımdan yeni imkanlar açdığını qeyd edib.

Avtosfer.az xəbər verir ki, Che Xinxin Bakı kimi beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhərlərin, xüsusilə də Dünya Şəhərsalma Forumu (WUF13) kimi platformaların şəhərin inkişafına böyük töhfə verdiyini vurğulayıb. Onun sözlərinə görə, Bakı həm müasir urban inkişafı, həm də zəngin tarixi mühiti ilə fərqlənir və bu da şəhəri daha cazibədar edir. Turist burada özünü rahat hiss etdiyini və Bakının sürətli inkişaf dinamikasını maraqla izlədiyini bildirib.
Eltac Zülfüqaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.