AZ

“Habitat International Calition"nun üzvü Afrikanın kəndlərində miqrasiya problemindən danışıb

Mənzil, yaşayış mühiti və ətraf mühitlə bağlı həll yolları üzərində çalışaraq inkişaf etmişik.

APA xəbər verir ki, bunu “Habitat International Calition" təşkilatının üzvü Massa Kone WUF13 çərçivəsində kütləvi və vətəndaş cəmiyyəti təşkilatlarının “İqlim böhranı qarşısında adekvat mənzil, torpaq və əsas xidmətlər üçün icma rəhbərliyi ilə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, bu gün 50 illik fəaliyyət və təcrübədən sonra, mənzil problemlərinin həlli üçün müxtəlif imkanlar mövcuddur: “Lakin ortaya çıxan reallıqlar göstərir ki, əsl problemlər düzgün şəkildə təşkil olunmadan həll edilə bilməz. Mənzil problemi və yaşayışın kütləviləşdirilməsi böyük şirkətlərin maraqları ilə əlaqələndirilir. Halbuki biz icmaların bağlarını və insanların torpaqla münasibətlərini qorumağa çalışmalıyıq. Çünki məsələ yalnız tikinti deyil”.

O deyib ki, bu kütləviləşmə problemi mənzil və biznes sahəsində yeni çətinliklər yaradır: “Əgər icmalar parçalanarsa və insanlar yaşayış vasitələrindən məhrum olarsa, bu, daha böyük sosial problemlərə səbəb olacaq. Eyni zamanda, biz şəhərlərin genişlənməsindən danışarkən kəndləri unutmamalıyıq. Kəndlər də yaşayış keyfiyyəti ilə birlikdə dəyişir və inkişaf edir.

Əgər şəhər quruculuğu yalnız çoxlu vəsaiti olan iri şirkətlərin böyük binalar tikməsi üzərində qurularsa, sadə icmalar kənarda qalacaq. Halbuki həmin insanlar əsrlər boyu orada yaşayan, çalışan və həyat quran insanlardır.

Biz kənd ərazilərini inkişaf etdirmək istəyirik, amma əslində çox bahalı və böyük layihələrə əsaslanan inkişaf modellərini tətbiq edirik. Bu modellər kasıb insanların həmin ərazilərdə qalmasını çətinləşdirir və onları köçməyə məcbur edir”.

Seçilən
18
apa.az

1Mənbələr