AZ

Tamara Fortes: Ukraynada dağıntılara məruz qalmış şəhərlərin bərpası icra mərhələsinə keçir

BAKI, 21 may. TELEQRAF

Ukraynada dağıntılara məruz qalmış şəhərlərin bərpası artıq konsepsiya mərhələsindən icra mərhələsinə keçir.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) nəzdində fəaliyyət göstərən “UN4UkrainianCities” layihəsinin rəhbəri Tamara Fortes Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirdə deyib.

O qeyd edib ki, Xarkov və Nikolayev şəhərlərində müasir, inklüziv və enerji səmərəli yaşayış məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir:

“Məqsəd yalnız yeni binaların tikintisi deyil, həm də sosial infrastruktur, ictimai məkanlar və əlçatan şəhər mühitinin formalaşdırılmasıdır”.

Seçilən
19
teleqraf.com

1Mənbələr