AZ

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

Bakı, 21 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Ağıllı şəhərlər: Potensialın artırılması vasitəsilə şəhər dayanıqlılığının yaradılması” adlı tədbir Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin

İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycanda dövlət xidmətləri sahəsində həyata keçirilən islahatlar, Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” modelinin və “ASAN kommunal” mərkəzlərinin vətəndaşlara kommunal xidmətlərin vahid məkanda, əlçatan və şəffaf formada təqdim edilməsinə verdiyi töhfə, həmçinin innovativ həllərin dayanıqlı şəhər inkişafı və dövlət xidmətlərinin effektiv idarə olunmasında rolunu diqqətə çatdırıb. O, “ASAN xidmət” təcrübəsinin ixracı sahəsində hazırda 30-dan çox dövlətlə əməkdaşlıq edildiyi barədə məlumat verib.

UNITAR nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub və 2023-cü ildə tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində görülmüş işlər, planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.

Seçilən
12
10
azertag.az

10Mənbələr