Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu olan Aleksandr Plyuşenko Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək.
İdman.Biz “Ria Novost”i agentliyinə istinadən xəbər verir ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında idmançıya keçid üçün razılıq verib.
Bildirilib ki, Beynəlxalq Konkisürmə İttifaqından (ISU) xüsusi icazə aldıqdan sonra ikiqat olimpiya çempionunun oğlu beynəlxalq turnirlərdə rəsmi şəkildə Azərbaycan bayrağı altında çıxış edə biləcək.
Xatırladaq ki, Aleksandr Plyuşenko Rusiyanın ən məşhur gənc fiqurlu konkisürənlərindən biri hesab olunur və mütəmadi olaraq atasının buz şoularında iştirak edir.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.