AZ

Niderland təmsilçisi: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq tədbirlərin idarəçiliyindəki rolunu daha da gücləndirəcək

Bakı, 21 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının konseptual quruluşu və təşkilati idarəçiliyi yüksək səviyyədədir. Azərbaycan hökuməti dünyanın dörd bir yanından gələn nümayəndə heyətlərini vahid platformada peşəkarlıqla bir araya gətirməklə böyük bir uğura imza atıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Niderland təmsilçisi, "Water as Leverage" qlobal proqramında fəaliyyət göstərən Esmeralda Van de Ridder deyib.

O bildirib ki, bu qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq konfranslar idarəçiliyindəki mühüm rolunu və nüfuzunu daha da gücləndirəcək.

Seçilən
30
azertag.az

1Mənbələr