AZ

Alena Əliyeva olimpiadanın final mərhələsini izlədi

Mayın 21-də Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsi keçirilib.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Alena Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan olimpiadanın final mərhələsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib. Final mərhələsi bilik yarışı və şahmat turniri olmaqla, komanda formatında təşkil edilib.

Rəsmi açılış mərasimində çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bildirib ki, olimpiadanın əsas məqsədi gənc nəsildə strateji düşüncə, düzgün qərarvermə və liderlik bacarıqlarını inkişaf etdirməkdir. O diqqətə çatdırıb ki, final mərhələsinə ölkənin müxtəlif regionlarını təmsil edən şagirdlər qatılıb. Yarış sağlam rəqabət mühiti formalaşdırmaqla yanaşı, bilik və zəka üzərində qurulmuş mühüm platforma rolunu oynayır. F.Qarayev əlavə edib ki, layihə milli-mənəvi dəyərlərin təşviqinə və azərbaycançılıq ideyasının möhkəmləndirilməsinə də xidmət edir.

Seçilən
21
1
publika.az

10Mənbələr