AZ

Məhəmmədəli Xudaverdiyev: Vətəndaşlara 400-dən artıq dövlət və özəl xidmət təqdim olunur

BAKI, 21 may. TELEQRAF

“Bu gün dünya şəhərləri sürətli urbanizasiya, iqlim dəyişiklikləri, bərabərsizlik və effektiv idarəetməyə artan tələbat kimi ciddi çağırışlarla üzləşir. Azərbaycanda isə dövlət xidmətlərinin insan yönümlü qurulması ictimai institutlara etimadın güclənməsinə şərait yaradıb”.

Teleqraf xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Sürətlə Urbanizasiya Edilən Qlobal Cənub üçün İnnovativ Tərəfdaşlıqlar və Həllər” sessiyasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev deyib.

O vurğulayıb ki, ASAN Xidmət çərçivəsində 30-dan çox dövlət qurumu bir məkanda fəaliyyət göstərir və vətəndaşlara 400-dən artıq dövlət və özəl xidmət təqdim olunur:

“Mobil ASAN xidmətləri ucqar və həssas ərazilərdə yaşayan insanlara da çatdırılır. Çünki heç kimin kənarda qalmaması hökumətimizin əsas prinsipidir. Eyni zamanda rəqəmsal xidmətlərin inkişafı ilə yanaşı, güclü institutlar, peşəkar dövlət xidməti, hesabatlılıq və siyasi iradə də effektiv idarəetmənin əsas şərtləridir”.

Seçilən
46
teleqraf.com

1Mənbələr