AZ

Xameneyidən uranla bağlı qadağa

İranın yeni Ali lideri Müctəba Xameneyi zənginləşdirilmiş uranın İrandan çıxarılmasını qadağan edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb. 

“Ali Liderin göstərişinə və ölkə rəhbərliyinin ümumi rəyinə əsasən, zənginləşdirilmiş uran ehtiyatları ölkə hüdudlarını tərk etməməlidir”, - mənbələrdən biri deyib.

Xatırladaq ki, rəsmi Tehranın sülh müzakirələrinə qayıtmaq üçün irəli sürdüyü 5 əsas şərtə qarşı ABŞ də öz sərt tələblərini irəli sürüb.

Bu şərtlərdən biri də 400 kiloqram zənginləşdirilmiş uranın təcili olaraq İrandan ABŞ-yə aparılmasıdır. Daha əvvəl mayın sonunda Pakistanın ABŞ və İran arasında keçiriləcək yeni danışıqlar raunduna ev sahibliyi edəcəyi ilə bağlı xəbər yayılıb. 

"Cebheinfo.az"

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr