AZ

Sərnişin təyyarəsi sürətinə çatan ən güclü külək haradan yaranır?

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Heç düşünmüsünüzmü, Yer üzündə ən güclü külək hansıdır? Cavab sizi təəccübləndirə bilər. Bu, nə qasırğa, nə də tornadodur. Bu, səmada - sərnişin təyyarələrinin uçduğu yüksəklikdə baş verən bir hadisədir.

Onun sürəti o qədər yüksəkdir ki, təyyarələr arxadan əsən bu axına düşəndə bəzən mənzilə bir saat tez çatırlar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, küləyin mütləq dünya rekordu 1934-cü ilin aprelində ABŞ-ın Nyu-Hempşir ştatında qeydə alınıb. O zaman küləyin sürəti 123 metr/saniyəyə, yəni təxminən 443 km/saata çatıb. Müqayisə üçün: sərnişin Boeing təyyarələrinin kruiz sürəti təxminən 900 km/saatdır. Yəni külək reaktiv təyyarənin sürətinin yarısı qədər əsirdi.

Əvvəlki rekord isə Greenland ərazisinə məxsus idi - 1972-ci ildə orada külək 93,6 m/s sürətə çatmışdı.

Struy axınları: səmadakı külək çayları

Burada söhbət “struy axınları” (jet stream) adlanan güclü hava axınlarından gedir. Onlar Yer səthindən təxminən 10 km yüksəklikdə - yuxarı troposferdə yaranır.

Bu axınlar qərbdən şərqə doğru hərəkət edir və onların yaranma səbəbi temperatur fərqidir: qütblərdəki soyuq, sıx hava ilə tropiklərdəki isti, yüngül hava toqquşur.

2024-cü ilin fevralında Atlantik okeanı üzərində demək olar rekord səviyyəli küləklər qeydə alındı. ABŞ Milli Meteorologiya Xidməti bildirdi ki, Vaşinqton üzərində hava axınının sürəti 426 km/saat olub.

Müşahidələrin aparıldığı 1950-ci illərdən bəri bundan daha yüksək sürət yalnız bir dəfə 2002-ci il dekabrın 6-da qeydə alınıb və 429 km/saat təşkil edib.

Belə şərait təyyarələrin daha tez çatmasına imkan verir. Məsələn, Virgin Atlantic aviaşirkətinin Vaşinqton–London reysi 45 dəqiqə tez eniş edib.

China Airlines şirkətinin təyyarəsi isə 2024-cü ilin yanvarında 1320 km/saat sürətə çataraq Taybeydən Los-Ancelesə uçuşunu bir saat tez başa vurub.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
lent.az

1Mənbələr