ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Laçın və Kəlbəcər yenidən qurulur, yeni yaşayış məskənləri salınır”.
Redaktor.az xəbər verir ki, bu fikiri WUF13 çərçivəsində keçirilən “Laçın-Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dedi.
“Bərpa prosesi yalnız yenidənqurma ilə məhdudlaşmır, eyni zamanda, planlaşdırma, idarəetmə və ictimai iştirakçılıq sahəsində müasir yanaşmalar tələb edir. Xüsusilə dayanıqlı inkişafın təmin olunması və sakinlər üçün uzunmüddətli yaşayış şəraitinin yaradılması əsas prioritetlərdəndir. Bizim üçün yenidənqurma yalnız fiziki bərpa demək deyil”.
Onun sözlərinə görə, bu gün genişmiqyaslı yenidənqurma layihələri həyata keçirilir:
“Yeni yaşayış məhəllələri salınır, mühəndis infrastrukturu, yollar, xəstəxanalar, parklar və təhsil müəssisələri yenidən qurulur. Amma bəlkə də ən vacib məsələ insanların özlərinin bu prosesin mərkəzində dayanmasıdır. Regionda keçirilən beynəlxalq tədbirlər Qarabağın beynəlxalq ictimaiyyətlə yenidən əlaqələrinin güclənməsinə xidmət edir”.
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.