AZ

Rohit Jigyasu: Bərpa prosesi mədəni müxtəlifliyin təşviqinə töhfə verməlidir

BAKI, 21 may. TELEQRAF

Bərpa prosesi mədəni müxtəlifliyin təşviqinə töhfə verməlidir, cəmiyyətin bütün təbəqələrinə məxsus irsin tanınması və qorunması təşviq edilməlidir.

Teleqraf xəbər verir ki, bunu ICCROM-un davamlı şəhərsalma və tikilmiş irsin qorunması, fəlakət və iqlim risklərinin idarə olunması, eləcə də böhrandan sonrakı bərpa üzrə proqram meneceri Rohit Jigyasu Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "SECURE – Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, bu, daim nəzərdə saxlanılmalı məsələdir.

"Bərpa haqqında düşünərkən diqqət yalnız irsin bir ölçüsünə yönəlməsin. İrsin maddi və qeyri-maddi, daşınan və daşınmaz, eləcə də təbii və mədəni irs kimi çoxsaylı ölçüsü var. Buna görə də hazırladığımız potensialın artırılması proqramları mədəni irsin bütün ölçülərini əhatə etməli, yalnız bir sahəyə fokuslanmamalıdır.

Bərpa yalnız əvvəlki vəziyyəti geri qaytarmaq demək deyil. Bərpa həm də daha yaxşı gələcək üçün bir fürsətdir. Bərpa riskləri azaldır. Bütün maraqlı tərəflər prosesə cəlb etməlidir. Bu iş yalnız mədəni irsin qorunması sahəsində çalışanların bacarıqlarını artırmaqla həyata keçirilə bilməz. Digər tərəflərlə əməkdaşlıq etməyi də öyrənmək son dərəcə vacibdir", - o vurğulayıb.

Onun sözlərinə görə, ənənəvi bacarıqlar da çox vacibdir,:

"Çünki metal işi, dülgərlik və ya bərpa üçün lazım olan digər peşəkar bacarıqları yerinə yetirən sənətkarlar olmadan peşəkar mütəxəssislər yetişdirmək mümkün deyil. Yalnız peşəkarların inkişafı kifayət etmir".

Seçilən
24
teleqraf.com

1Mənbələr