Bakı, 21 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçirilməsi və 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycanın bu sahədə mühüm qlobal mərkəz kimi rolunu daha da gücləndirir.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Healthy Cities” təşkilatının təsisçisi, ətraf mühit, su, infrastruktur və tikinti sahələrində innovasiyalar və layihələr üzrə mütəxəssis, UNESCO-IHE nəzdində daşqınlara qarşı dayanıqlılıq üzrə tədqiqat qrupunun həmtəsisçisi, BMT-nin dayanıqlı şəhərlər üzrə elçisi Sebastian van Herk bildirib.
Onun sözlərinə görə, Azərbaycan sürətli şəhərsalma və iqtisadi transformasiyanın unikal nümunəsidir və modernləşmənin inklüzivliklə necə uzlaşdırıla biləcəyini nümayiş etdirərək keçid iqtisadiyyatına malik ölkələr üçün yeni beynəlxalq standartları müəyyənləşdirmək imkanına malikdir.
Müxbir – Tamilla Məmmədova