AZ

Sebastian van Herk: “Ağıllı şəhər” konsepsiyası insanların sağlamlığına və həyat keyfiyyətinə yönəldilməlidir

Bakı, 21 may, AZƏRTAC

“Ağıllı şəhər” konsepsiyası insanların sağlamlığına və həyat keyfiyyətinə yönəldilməlidir.

Bu barədə AZƏRTAC-a verdiyi müsahibədə “Healthy Cities” təşkilatının təsisçisi, ətraf mühit, su, infrastruktur və tikinti sahələrində innovasiya və layihələr üzrə mütəxəssis, UNESCO-IHE nəzdində daşqınlara dayanıqlılıq tədqiqat qrupunun həmtəsisçisi, BMT-nin dayanıqlı şəhərlər üzrə elçisi Sebastian van Herk bildirib.

Onun sözlərinə görə, “ağıllı şəhər” konsepsiyası çox vaxt sırf rəqəmsallaşma ilə məhdudlaşır, lakin praktikada texnologiyalar insan sağlamlığını və həyat keyfiyyətini yaxşılaşdırdıqda ən təsirli olur.

Agentliyin həmsöhbəti qeyd edib ki, yaşıl enerji, rəqəmsal infrastruktur idarəetməsi və ağıllı mikromobilliyin inteqrasiyası gələcək şəhərlərin miqyaslı modelini formalaşdırır.

O, həmçinin əlavə edib ki, 2035-ci ilə qədər təxminən 200 yaşayış məntəqəsinin bərpası Azərbaycan üçün misli görünməmiş fürsət yaradır.

“Artıq mövcud infrastrukturun modernləşdirilməsi zərurəti ilə məhdudlaşan bir çox qlobal şəhərdən fərqli olaraq, ölkə sağlamlığa və ətraf mühitə yönəlmiş inkişaf modelini sıfırdan qura bilər”, - deyə ekspert bildirib.

Mütəxəssisin fikrincə, yaşıl məkanların, aktiv hərəkətlilik infrastrukturunun və bərpaolunan enerjinin əsas baş planlara inteqrasiyası bərpa prosesini insan sağlamlığının və ləyaqətinin qorunmasına yönəlmiş davamlı modelə çevirməyə qadirdir.

Müxbir – Tamilla Məmmədova

Seçilən
17
azertag.az

1Mənbələr