AZ

ABŞ-dən olan nümayəndə: Hamının mənzil problemi kimi vacib məsələ haqqında düşünməsi çox qiymətlidir

Bakı, 21 may, AZƏRTAC

WUF13-də olmaqdan və burada hamının mənzil təminatı barədə düşündüyünü, dünyadakı hər bir insanın ev sahibi ola bilməsi üçün çalışdığını görməkdən çox şadam. Biz hamımız insanıq və mənzil təminatı bir insan hüququdur. Mənzil problemi yaşayanların bu qədər çox olduğu bir dövrdə dünyanın hər yerindən gələn insanların belə vacib məsələ haqqında düşünməsi çox qiymətlidir.

Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ABŞ-nin San-Fransisko şəhərindən olan iştirakçısı Timothy Svoboda deyib.

O bildirib ki, bu tədbirin dünya miqyasında böyük bir təsiri var.

“Ətrafa baxsanız, bütün dünyadan, hər bir ölkədən insanların olduğunu görərsiniz. Dünya bir məqsəd ətrafında birləşdikdə isə biz böyük bir fərq yarada bilərik”, - deyə Timothy Svoboda əlavə edib.

Seçilən
5
1
azertag.az

2Mənbələr