AZ

Ekspert: Yeni yaşayış ərazilərində nəqliyyat planlaması düzgün qurulmalıdır

Bakı, 21 may, AZƏRTAC

Urbanizasiya və nəqliyyat planlaşdırması yalnız böyük inkişaf konsepsiyaları ilə məhdudlaşmır, eyni zamanda, gündəlik şəhər mobilliyi məsələlərini də əhatə edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şəhər strategiyası üzrə ekspert Artemiy Yarçevskiy Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yeni inkişaf üçün tranzit yönümlü planlaşdırma” mövzusunda sessiyada çıxışı zamanı deyib.

O, yeni yaşayış ərazilərində ictimai nəqliyyat marşrutlarının düzgün qurulmasının, yol infrastrukturunun planlaşdırılmasının və nəqliyyat-mübadilə qovşaqlarına əlçatanlığın vacibliyini vurğulayıb.

“Müasir şəhərsalma strategiyalarında qonşu regionlarla əlaqələrin qurulması, yeni yaşayış komplekslərinə xidmət göstərəcək avtobus marşrutlarının təşkili, yol zolaqlarının planlaşdırılması və piyada, velosiped, skuter kimi fərdi mobillik vasitələrinin inteqrasiyası əsas istiqamətlərdən biridir”, - deyə o əlavə edib.

Müxbir: Vüsalə Səfərova

Seçilən
3
azertag.az

1Mənbələr